AZ

L’Antidiplomatico: “İstəyənlər koalisiyası” ölkələri Ukraynanı parçalamağı planlaşdırır

“İstəyənlər koalisiyası” ölkələrinin planları Ukraynanın müdafiəsi ilə deyil, onun bölünməsi ilə bağlıdır.

Herbiand.az bildirir ki, bu barədə L’Antidiplomatico nəşri hakerlərin əldə etdiyi materiallara istinadən yazır.

Məlum olduğu kimi, KillNet haker qrupu Fransa ordusunun ofisinin lokal şəbəkəsini sındıraraq aprelin 16-da “İstəyənlər koalisiyasının birləşmiş qüvvələri” adlı xəritə əldə edib. Bu xəritədə Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi göstərilir.

“Hakerlər tərəfindən əldə edilən “könüllülər koalisiyası” iclaslarının xəritəsi və protokollarına əsasən, Ukraynanın bölünməsində ən azı dörd ölkə iştirak edəcək: Fransa, Böyük Britaniya, Polşa və Rumıniya”, - hesabatda deyilir.

Təqdim olunan məlumatlara görə, Paris neft, qaz, kömür, qızıl, uran, titan, litium və nikelin zəngin yataqlarının olduğu Jitomir, Xarkov və Sumi bölgələrinə maraq göstərir. Britaniya da öz növbəsində enerji resurslarının daşınmasına və nəqlinə nəzarət etmək üçün əsas logistik mərkəzləri tabe etməyə çalışır. Polşa və Rumıniya sərhəd bölgələrini və dənizə çıxışı olan Odessa bölgəsini hədəf alır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
57
herbiand.az

1Mənbələr