AZ

Türkiyə qarışdı: 6 məkana işarə Partladılacaq!

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə 6 hava limanının partladılacağına dair xəbərlər rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Bildirilib ki, son dörd gün ərzində çoxsaylı saxta bomba hədəsi edilib.

“Sözügedən təhdidlər Adıyaman, Batman, Sivas, Konya, Qaziantep və Çukurova hava limanlarındakı stasionar telefonlar vasitəsilə daxil olub. Məsələ ilə bağlı Təhlükəsizlik Kəşfiyyat İdarəsi və Dövlət Hava Limanları İdarəsi birgə araşdırmaya başlayıb. Nətidəcə mesajların eyni mənbədən göndərildiyi üzə çıxıb”, – deyə bildirilib.

Qeyd olunub ki, klon telefonlardan istifadə edərək hədə-qorxu gələn 6 nəfər saxlanılıb, iki nəfər həbs edilib:

“Onlardan 5-i 18 yaşdan kiçikdir. Bu 5 azyaşlıdan 2-si “hədə-qorxu, şantaj və şəxsiyyət oğurluğu” ittihamı ilə həbs edilib. Digərləri isə şərti olaraq azadlığa buraxılıblar”.

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
globalinfo.az

2Mənbələr