AZ

“Bağçanın hər üç nəzarətçisi hadisədən sonra işdən kənarlaşdırılıb” Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılmışdı.

“Qafqazinfo”nun məlumatına əsasən, Xəzər TV-yə açıqlama verən “Predu”nun meneceri Samirə Muradova bildirib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub.

O bildirib ki, azyaşlının valideyni bir müddət öncə həmin kadrları onlara təqdim edib və həmin işçi işdən kənarlaşdırılıb:

“Sözügedən kadrlar aylar öncənin videolarıdır. Həmin hadisədən sonra valideyn həmin kadrları gördü və bizə müraciət etdi, həmin işçini işdən uzaqlaşdırdıq. Daha sonra həmin uşaqla tədrisimizə davam etdik. Biz uşağı qəbul etdiyimiz zaman tibbi arayış tələb etdik, həmin arayışda da uşağın sağlam olduğu qeyd olunmuşdu. Lakin bir müddət sonra valideyn günorta saatlarında bağçaya gəlib uşağa dərman verirdi. Həmin dərman da əqli geriliyi olan uşaqlar üçün nəzərdə tutulub. Dərman isə uşaqda aqressiya formalaşdırırdı. Bu da digər valideynlər tərəfindən qəbul edilmədi. Onlara bildirdik ki, biz uşağa xidməti dayandıraq və o, reabilitasiya tipli mərkəzlərə yönləndirilsin. Valideyn isə heç bir halda mərkəzimizi tərk etmək istəmədiyini, hətta 4 uşağın ödənişini də bizə ödəyəcəyini bildirdi”.

S.Muradova iddia edib ki, valideyn uşağı bağçadan kənarlaşdırdıqdan sonra onları təhdid edib və köhnə görüntüləri ictimailəşdirməyə qərar verib. O, bağçanın hər üç nəzarətçisinin hadisədən sonra işdən kənarlaşdırıldığını, hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını da qeyd edib.

Bağça rəsmisi vurğulayıb ki, valideynin qeyd etdiyi 1144 manatlıq ödəniş miqdarı isə reallığı əks etdirmir. 

Kobud rəftara məruz qalmış uşağın valideyni ilə əlaqə saxlanılsa da, o, məsələ ilə bağlı açıqlama vermək istəyib.

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
qafqazinfo.az

2Mənbələr