Britaniya şahzadəsi Harri Kiyevə sürpriz səfər edib.
AzPost bildirir ki, bu qəfil səfər barədə “The Guardian” yazır.
Bildirilir ki, Britaniya kral ailəsinin üzvü Ukrayna hökumətinin dəvəti ilə gəlib. O, Rusiya ilə müharibə zamanı ağır yaralanan minlərlə hərbçinin reabilitasiyasına kömək etmək üçün nə lazımdırsa etmək istədiyini bildirib.
Ukrayna paytaxtına səfər zamanı o, özünün Invictus Games Fondunun komandası ilə ölkənin bütün regionlarında yaralıların reabilitasiyasına dəstək üçün yeni təşəbbüsləri ətraflı müzakirə etmək niyyətindədir.