AZ

Qarabağa köçməyə hazırlaşan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri görüləcək.

Far.Az-in əldə etdiyi məlumata görə, tikinti və təmir işləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında reallaşacaq.

Satınalmanın ümumi dəyəri 4 milyon 630 min manat təşkil edir.

Bu layihənin həyata keçirilməsi bölgədə məskunlaşmanın sürətlənməsinə, əhalinin sosial şəraitinin yaxşılaşmasına, yeni infrastruktur imkanlarının yaranmasına və ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə verəcək.

Seçilən
27
2
far.az

3Mənbələr