AZ

Bu il şagirdlər beynəlxalq fənn olimpiadalarında 50 medal qazanıblar -

Son illərdə şagirdlərin olimpiada hərəkatına qoşulmasında əhəmiyyətli artım müşahidə olunur. Metbuat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib. Agentlik rəsmisi qeyd edib ki, respublika fənn müsabiqələrində 2023-2024-cü tədris ilində 63 minə yaxın uşaq iştirak edib. Bu göstərici əvvəlki illə müqayisədə 46 faiz çoxdur. Ötən və cari il ərzində respublika olimpiadalarına maraq daha da artıb. Eşqi Bağırov qeyd edib ki, olimpiadalarda 83 minə yaxın məktəbli iştirak edib. Bu, ötən illə müqayisədə 45 faiz artım deməkdir.

2025-ci ildə azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda ümumilikdə 50 medal qazanıblar. Onlardan 5-i qızıl, 14-ü gümüş, 31-i isə bürünc medaldır.

Seçilən
31
metbuat.az

1Mənbələr