AZ

Slovakiyada bir sıra narahatlıqlara görə məcburi hərbi xidmət təklif olunur

Slovakiyanın idman və turizm naziri Rudolf Qulyak məcburi hərbi xidmətin tətbiqini təklif edib.

Herbiand.az bu barədə tvnoviny.sk-a istinadən xəbər verir.

Nazir 18 yaşı tamam olan ölkə vətəndaşlarının 3 aylıq təlim keçməsini təklif edib, lakin kazarmalarda deyil, yaşadıqları yerin yaxınlığında: “Ölkəmizdən kənarda müharibə gedir. Rusiyanın pilotsuz təyyarələri Polşaya uçur, qonşu ölkənin baş naziri isə “böyük Macarıstan” arzusundadır. Sərhədlərini qoruya bilməyən ölkənin mövcud olmağa haqqı yoxdur”.

Nazir həmçinin, Slovakiyanın özünün hava hücumundan müdafiə sisteminə malik olmamasından narahatdır.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban iki il əvvəl Slovakiyanı Macarıstandan “ayrılmış” ərazi adlandırmışdı.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr