AZ

Bu ilin yeddi ayında doğum və ölüm hallarının sayı AÇIQLANDI

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54 898 doğulan körpə və 34 994 ölüm qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd edilib.

Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum göstəricisi azalaraq 9.8-dən 9.2-yə düşüb.

Bu ilin yeddi ayı ərzində qeydə alınan ölüm halı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5.9) qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
oxu.az

1Mənbələr