Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (416 mln. manat) çox olmaqla 4 mlrd. 734 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilir ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Yanvar-avqust aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 168 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.