"Roma" futbolçusu Federiko Kolettanı satıb.
QOL.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Benfika"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koletta Portuqaliya təmsilçisinin B komandasında çıxış edəcək.
Qeyd edək ki, "Benfika" Azərbaycan təmsilçisi “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindəndir. Bu komandalar arasındakı matç sentyabrın 16-da keçiriləcək.