AZ

Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü

Balakən rayonunda sevdiyi qıza hədə-qorxu gəlməkdə ittiham olunan 27 yaşlı oğlan həbs edilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

1998-ci il təvəllüdlü kənd sakini Vüsal Babayev (ad-soyad şərti verilib – red.) sevdiyi Əsmər Xəlilovanı ona vermədikləri üçün onun ünvanına ucadan söyüş söyüb. Həmçinin o, Əsmərin ailə həyatı qurmağa hazırlaşdığı oğlana hədə-qorxu gəlib.

Vüsalın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət olunub. Şikayətlə bağlı araşdırma aparılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə iş qaldırılıb.

İzahat verən təqsirləndirilən şəxs bildirib ki, Əsməri sevib, lakin sonradan onu başqasına ərə vermək istədiklərini eşidib: “Bu səbəbdən dəfələrlə Əsmərə zəng etdim. Hətta onunla evlənmək istəyən oğlanla mübahisə edərək onu hədələdim. Hadisə günü Əsmərin yaşadığı ünvana gedərək onu evin qarşısına çağırdım. O, anası ilə birlikdə küçəyə çıxdı. Həmin vaxt aramızda mübahisə baş verdi. Əsəbiləşərək Əsmərin ünvanına nalayiq ifadələr işlətdim”.

Təqsirləndirilən şəxs deyib ki, törətdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcək.

Seçilən
14
1
publika.az

2Mənbələr