AZ

Azərbaycanın magistral neft kəmərləri ilə nəql etdiyi neftin 75 faizi BTC nin payına düşüb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,8 faiz azalaraq 24 milyon 566,5 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə neft nəqli 5,33 faiz azalaraq 18 milyon 356,5 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3 faizini və ya 15 milyon 469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 2 milyon 887,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
3
azertag.az

4Mənbələr