Hər 10 dərsdən 7-də formativ qiymətləndirmə düzgün aparılmır.
Operativ Media xəbər verir ki, bunu 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev bildirib.
Bildirilib ki, Müəllimlərin formativ qiymətləndirmənin mahiyyəti barədə anlayışı məhduddur;
"Çox hallarda bu, “Məktəbli kitabçasında səviyyə yazmaq və ya qiymət vermək” kimi başa düşülür.
Qiymətləndirmə meyarlara uyğun aparılmır.
Müəllimlər qiymətləndirmə üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişini izləməkdə çətinlik çəkirlər".