Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının (EBSL) final mərhələsində növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma İtaliyanın Viareccio şəhərində keçirilən yarış çərçivəsində bu gün Litva komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq.
Sahib Məmmədovun baş məşqçisi olduğu komandamız ilk turda Belçikaya (5:4) qalib gəlib. Litva da sözügedən komandanı üstələdiyindən bugünkü görüş qrup liderliyi baxımından prinsipiallıq daşıyır.