AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze belə bəyanatla çıxış edib.
“Əgər kimsə vizasız rejimin ləğvinin Gürcüstanda iğtişaşlara səbəb olacağına ümid edirsə, onda bu,əks effekt verəcək”,- İrakli Kobaxidze “İmedi” telekanalına verdiyi müsahibədə vurğulayıb.
Xatırladaq ki, iyul ayında Avropa Komissiyası (AK) Gürcüstan hakimiyyətinə məktub göndərərək, LGBT təbliğatına və xarici agentlərin fəaliyyətinə qadağa qoyan qanunların avqustun sonuna qədər ləğvin tələb edib. Əks halda Gürcüstanın Aİ ilə vizasız gediş-gəliş rejiminə yenidən baxılacağı hədəsi vurğulanıb.
Avqustun sonunda isə Gürcüstan hökuməti qanunlardan imtina etmək fikrində olmadığını açıqlayıb. Rəsmi Tbilisi dialoqa başlamağı təklif etsə də, Brüsseldən heç bir reaksiya olmayıb. Daha sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə hakimiyyəti əsaslı və məntiqli olması şərti ilə Aİ-nin tələblərini yerinə yetirməyə hazırdır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta