AZ

Səkkiz ayda pensiya ödənişlərinə 4 milyard 734 milyon manat vəsait yönəldilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (416 milyon manat) çox olmaqla 4 milyard 734 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-avqust aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 168 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
32
10
azertag.az

10Mənbələr