AZ

Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU

Rusiyada keçirilən sorğuda vətəndaşların 82 faizi Vladimir Putinin prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. İctimai Rəy Fondunun (FOM) məlumatına görə, respondentlərin 80 faizi dövlət başçısına güvənir.

XəzərNews.az xəbər verir ki, sorğu sentyabrın 5–7-də 51 regionun 97 yaşayış məntəqəsində aparılıb və 1500 nəfər iştirak edib.

Statistik xəta 3,6 faizdən çox deyil.

Xatırladaq ki, avqustda Kremlin mətbuat katibi Dmitri Peskov Putinin demək olar ki, heç vaxt uzunmüddətli məzuniyyət götürmədiyini bildirmişdi.

Xəbər 3 dəfə oxunub.
Seçilən
51
xezernews.az

1Mənbələr