AZ

Azərbaycanda dərslərin 70 faizi zəif qiymətləndirilib

 

Azərbaycanda 400 məktəbdə müşahidə olunan 17 min 300 dərsin nəticələri göstərib ki, hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub, Təhsil institununun direktor əvəzi Elnur Əliyev bildirib.

Dərs ilinin başlaması ilə bağlı keçirilən konfransda təqdim edilən araşdırmaya görə, yalnız dərslərin 30 faizi “kafi” və ya “yaxşı” qiymətləndirilib. Ən çox zəif nəticələr İngilis dili (85%), digər dillər (74%), Riyaziyyat (64%) və Azərbaycan dili (65%) fənlərində qeydə alınıb.

Agentlik bildirib ki, dərsin keyfiyyəti beş əsas göstərici üzrə qiymətləndirilir. Bura dərsin planlaşdırılması, şagirdlərin fəal iştirakı, vaxt və resurslardan səmərəli istifadə, bacarıq və səriştələrin formalaşdırılması, effektiv qiymətləndirmə daxildir.

Gülnar

Seçilən
25
anews.az

1Mənbələr