AZ

“Müəllimlər yüksək bacarıqlı şagirdlə işləyirlər, digərləri diqqətdən kənarda qalır” – Elnur Əliyev

Şagirdlərin dərsə fəal cəlb olunması 24% kafi, 3% yaxşı qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O, bildirib ki, dərs dinləmə nəticələrinə görə, dərslərdə şagirdlərin çoxu passiv dinləyici kimi iştirak edir:
 

"Müəllimlər adətən yuxarı öyrənmə bacarığı olan bir neçə şagirdlə işləyirlər, digərləri isə diqqətdən kənarda qalır. Dərslərdə differensial yanaşmanın tətbiqi müşahidə olunmur".


O əlavə edib ki, hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt  və resurslardan səmərəli istifadə edir.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
48
1
bizim.media

2Mənbələr