AZ

Daha bir ulduz futbolçu Meksikaya köçdü

Daha bir ulduz futbolçu, “Mançester Yunayted”in sabiq futbolçusu Antoni Marsyal karyerasını Meksikada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 29 yaşlı hücumçu “Monterrey”lə anlaşıb. O, artıq sözügedən ölkəyə yollanıb.

Qeyd edək ki, fransalı oyunçu son olaraq Yunanıstanda AEK-in formasını geyinib. “Monterrey”də İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos da çıxış edib.

Seçilən
15
msport.az

1Mənbələr