AZ

Sığortaedənlərin sayı artıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 65 min 650 vahid və ya 3,1 faiz artaraq 2 milyon 180 mindən çox təşkil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 10 min 687, fiziki şəxslər üzrə 51 min 970, torpaq mülkiyyətçiləri üzrə isə 2 min 993 vahid artıb.

Seçilən
8
2
azertag.az

7Mənbələr