AZ

Sertifikasiyadan sonra şagirdlərin nəticələri yaxşılaşıb

2024-2025-ci tədris ili üzrə aparılan təhlillərə görə, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması şagirdlərin nəticələrinə müsbət təsir edib.

AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə qeyd edib.

O qeyd edib ki, müəllimlərin sertifikatlaşdırma imtahanı IV sinif şagirdlərinin qiymətləndirmə nəticələrinə müsbət təsir göstərib.

"Bu nəticə müəllimlərin peşəkarlığının artırılması üçün sertifikatlaşdırmanın əhəmiyyətini bir daha təsdiqləyir. Müəllimlərin bilik və bacarıqlarının yüksəlməsi şagirdlərin tədris nəticələrinə birbaşa müsbət təsir göstərir".

Seçilən
5
azedu.az

1Mənbələr