AZ

Türkiyədən partlayıcı maddə keçirmək istədilər, yaxalandılar

Gürcüstanda iki Ukrayna vətəndaşı Türkiyədən yük avtomobilində 2,4 kq heksogen (RDX) gətirdiyi üçün saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi saxlanılan şəxslərin avtomobilində 2,4 kiloqram heksogen partlayıcının aşkar edildiyini açıqlayıb.

Həbs əməliyyatı ilə bağlı məlumat Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi brifinqdə verilib. /Publika.az

Seçilən
40
1
gundem.az

2Mənbələr