Müəllimlər adətən yuxarı öyrənmə bacarığı olan şagirdlərlə işləyir, digərləri isə diqqətdən kənarda qalır.
“İki sahil” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
Elnur Əliyev bildirib ki, aparılmış monitorinqlərin nəticələrinə görə, dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir.