AZ

İrandan gözlənilən etiraf

İranda zənginləşdirilmiş uranın hamısı dağıntıların altında qalıb.

Heftelik.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

O qeyd edib ki, İranın Nüvə Enerjisi Agentliyinin mütəxəssisləri bu materialların hazırkı vəziyyətini və əldə edilməsi məsələsini nəzərdən keçirir.

Qiymətlərindirilmə prosesi başa çatdıqdan sonra İranın Nüvə Enerjisi Agentliyi hesabat hazırlayaraq onu Milli Təhlükəsizlik üzrə Ali Şuraya təqdim edəcək. Daha sonra Şura müvafiq qərar qəbul edəcək.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsində ABŞ qırıcıları İranın nüvə obyektlərinə aviazərbələr endirib.

Seçilən
11
heftelik.az

1Mənbələr