AZ

“Müəllimlər bir neçə şagirdlə işləyir, digərləri kənarda qalır”

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son 4 il ərzində 400 məktəbdə 17 min 300-dən çox dərs dinlənilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub: “Hər 10 dərsdən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə ediblər. Müəllimlər adətən öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlə işləyir, digərləri diqqətdən kənarda qalır. Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir. Müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişin izləmir”, - E.Əliyev əlavə edib.

E.Əliyev həmçinin qeyd edib ki, hər 10 dərsdən 7-də formativ qiymətləndirmə düzgün aparılmır: “Müəllimlərin formativ qiymətləndirmənin mahiyyəti barədə anlayışları məhduddur. Çox hallarda formativ qiymətləndirmə məktəbli kitabçasında səviyyə və ya qiymət yazmaq kimi anlaşılır. Qiymətləndirmələr meyarlara uyğun aparılmır.

Müşavir əlavə edib ki, müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişini izləmir: “Nəticədə şagirdlərin çətinlik çəkdiyi məqamlar müəyyənləşdirilmir. Şagirdlərə əsasən fərdi rəy verilmir və ya verilən rəylər şagirdlər faydalı olmur”. 

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
qafqazinfo.az

2Mənbələr