AZ

Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda Çeyildağ qəsəbə sakinləri ilə yanaşı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Görüşdə 50-yə yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 5 nəfəri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, bəzi müraciətlər isə yerindəcə həll olunub.

Qəsəbə sakinləri əhalinin problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ənənəvi olaraq, səyyar görüşdən öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsinin şəhidlərinin – Qədirov Şahin Bayram oğlunun barelyefini və Muradov Səyavuş Əlimərdan oğlunun büstünü ziyarət edib, onların xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun digər qəsəbələrdə də səyyar görüşləri davam etdirilir.

Seçilən
13
unikal.az

1Mənbələr