2025-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 359,4 milyon manat, xərcləri 22 308,0 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, büdcənin icrasında 4 051,4 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,9 faizi qədər profisit yaranıb.