AZ

Daşkənddə yeni universitet fəaliyyətə başlayır

BAKI, 12 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamına əsasən, Daşkənd şəhərində Daşkənd Texniki Universiteti yaradılacaq.

Teleqraf xəbər verir ki, yeni universitet ölkədə müasir mühəndislik biliklərinin inkişaf etdirilməsi və rəqabətədavamlı mütəxəssislərin hazırlanması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Sərəncama əsasən, universitet akademik, maliyyə, təşkilati və inzibati məsələlərdə tam müstəqilliyə malik olacaq. Bu, tədris prosesinin beynəlxalq standartlara uyğun olmasını təmin edəcək.

2025-2026-cı tədris ilindən başlayaraq dövlət büdcəsi hesabına bir illik hazırlıq kursu təklif olunacaq. Bu proqramın abituriyentlərə qarşıdakı mərhələlərdə kompleks kurslara hərtərəfli hazırlaşmaqda kömək edəcəyi gözlənilir.

2026-2027-ci tədris ilindən başlayaraq universitetdə bakalavriat proqramları təklif edilərək tələbələrə müasir fənləri birbaşa öyrənmək imkanı yaradılacaq. Daha sonra 2027-2028-ci tədris ilindən başlayaraq mərhələli şəkildə magistratura və post-magistratura proqramları tətbiq olunacaq.

Universitetdə təhsil dövlət qrantları və ödənişli müqavilələr əsasında təşkil olunacaq, dərslər təkcə özbək deyil, həm də xarici dillərdə aparılır.

2029-2030-cu tədris ilinə qədər qəbul olan bütün tələbələr dövlət qrantları hesabına tam pulsuz təhsil almaq imkanı əldə edəcəklər.

Seçilən
47
teleqraf.com

1Mənbələr