AZ

Ermənistanın Sünik vilayətində “Tramp yolu”nda gömrük xidməti fəaliyyət göstərəcək – ÖZƏL

Ermənistanın Sünik vilayətində yerləşən "Tramp yolu"nda gömrük xidməti fəaliyyət göstərəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan 12 sentyabrda Milli Məclisdə qurumun 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı məlumat verib.

Məsələ ilə bağlı çıxış edən müxalif "Ermənistan" blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan maraqlanıb ki, sözügedən yol qovşağının formatı necə olacaq və burada gömrük xidməti tətbiq ediləcəkmi.

Akopyan bildirib ki, detallar hələ də müzakirə mərhələsindədir:
"Buna baxmayaraq, bizim ümumi gömrük siyasətimiz vahid xarakter daşıyır. Hazırda bütün sərhədlərimizdə islahatlar aparırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr