AZ

Çin avtomobillərinin servisi bahalaşıb

2025-ci ilin ilk səkkiz ayında Rusiyada Çin istehsalı avtomobillərin servisi ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz bahalaşıb. Orta hesab təxminən 9,4 min rubl təşkil edib. Bu barədə Fit Service şəbəkəsi TASS-a istinadən məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, sorğuların sayına görə lider markalar Chery, Geely, Haval, Lifan və Great Wall olub. Model üzrə isə ən çox müraciət Haval Jolion krossoverinə edilib. Beləliklə, ötən ilin reytinq lideri Chery Tiggo birinci yeri əldən verib.

Xəbər 126 dəfə oxunub.
Seçilən
29
xezernews.az

1Mənbələr