AZ

İsrailli aktyorlar İranın hücumuna tuş gəliblər

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"The Times of Israel" xəbər saytının yaydığı məlumata əsasən, aktyorların e-poçtlarına guya dünyaca məşhur rejissor tərəfindən ərsəyə gətirilən yeni filmdə çəkilmək üçün dəvət məktubları gəlib. Bu məktublar vasitəsilə aktyorlardan sınaq videoları ilə yanaşı onların şəxsi məlumatları: şəxsiyyət vəsiqələri, pasportları və ünvanları istənilib. Bir çox aktyor bu tələbi həqiqətən də rol təklifi sanaraq, lazımi məlumatları e-poçt ilə göndərib, ardınca isə hədələyici mesajlar alıb. Beləliklə, fişinq hücumuna məruz qaldıqlarını başa düşüblər. İsrailin Milli Kiber İdarəsi hücuma tuş gələn aktyorlara öz şəxsiyyət vəsiqələrini dəyişdirməyi, fişinq barədə hökumətə məlumat verməyi məsləhət görüb. Məlumat üçün diqqətə çatdıraq ki, İran hökuməti, uzun müddətdir, müxtəlif yollarla, həmçinin bu cür fişinq hücumları ilə İsraildən özünə casuslar toplamağa, ölkənin məxfi materiallarına çıxış qazanmağa çalışır. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azvision.az

2Mənbələr