AZ

Rubl dəyər itirməkdə davam edir - SƏBƏBLƏR

Yuanın məzənnəsi təxminən altı ay ərzində ilk dəfə 12 rublu keçib, birjadankənar bazarında avro 10 fevraldan sonra ilk dəfə 100 rubldan yüksək səviyyəyə qalxıb. Mərkəzi Bankın valyuta məzənnəsi isə apreldən sonra ilk dəfə 1 dollar üçün 85,6 rubla çatıb. Bu gün banklarda dollar 85,75 rubla satılır. Maraqlıdır ki, bu dəyişikliklər bazarda açıq-aydın xəbərlər olmadan baş verir.

FED.az xəbər verir ki, ekspertlər bu vəziyyətin bir neçə mümkün səbəbini qeyd ediblər:

Reklam_3_11- Valyutaya tələbat və təklif balansının dəyişməsi,

- Mərkəzi Bankın əsas faiz dərəcəsini azaldacağı gözləntiləri,

- Rublda “carry-trade” əməliyyatları,

- Bazarda spekulyasiyalar.

Çoxluq iqtisadçıların fikrincə, rublun bahalaşması pik nöqtəsinə çatıb, yay mövsümündəki stabillik fazasını tamamlayıb və orta səviyyəli zəifləmə dövrünə daxil olub. Eyni zamanda, valyuta bazarında rublun dinamikasına təsir edən iki əsas amil dəyişməkdədir.

Ekspertlər qeyd edirlər ki, sentyabr ayında rublun məzənnəsi müəyyən dərəcədə zəifləməyə davam edə bilər, kəskin dalğalanmaların da olmaması gözlənilir.

Seçilən
38
2
fed.az

3Mənbələr