AZ

Cənubi koreyalı işçilər ABŞ-dan vətənə qaytarılıblar

ABŞ-da miqrantlara qarşı keçən həftə keçirilən əməliyyat zamanı saxlanılan 300-dən çox Cənubi koreyalı bu gün çarter reysi ilə vətənə qaytarılıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumatda bilirilir ki, onlar sentyabrın 4-də Savannah yaxınlığında, “Hyundai”ın böyük avtomobil zavodunun kampusunda tikilən batareya fabrikində saxlanılan 475 nəfər arasında olublar. Bəzi koreyalı işçilərin əlləri, ayaqları qandallı videoalarının yayılması və onların həbs edilməsi ABŞ-ın əsas müttəfiqlərindən olan Cənubi Koreyada böyük etirazlara səbəb olub.

Qeyd olunur ki, geri qaytarılan 330 nəfərdən 316-sı Cənubi Koreyalı, qalanları isə Çin, Yaponiya və İndoneziya vətəndaşlarıdır. Onlar Atlanta şəhərindən təxminən 460 kilometr cənub-şərqdə yerləşən Folkston miqrasiya saxlanma mərkəzində saxlanırdılar.

Seçilən
7
46
apa.az

10Mənbələr