AZ

İki yaşlı körpəsinin suda boğulduğunu görən ana İNTİHAR ETDİ

Tulada ana və iki yaşlı oğlunun meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Tulanın 2-ci Metallurqlar prospektindəki mənzildə 38 yaşlı qadın və onun iki yaşlı oğlunun meyiti aşkarlanıb.

İlkin versiyaya görə, ana uşağını vannada qoyaraq bir müddət kənara çıxıb. Qayıtdıqda isə oğlunun suda boğulduğunu görüb. Bundan sonra qadın intihar edib.

Hadisə, qadının tanışının polisə müraciəti ilə üzə çıxıb. Onlar görüşməli idilər, lakin qadın nə gəlmiş, nə də zənglərə cavab vermişdi. Polis mənzilə daxil olduqda iki cəsəd tapılıb.

Məlumata görə, uşağın atası doğumdan az sonra “SVO”-ya yollanıb və orada ölüb. Bu səbəbdən ana ilə qayınanası arasında münaqişə yaranmış, hətta nənə bir müddət gənc qadını valideyn hüquqlarından məhrum etdirməyə çalışmışdı.

Ekspertlər hesab edirlər ki, bu gərginlik də qadının qərarına təsir etmiş ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr