Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın "Polesye" klubundan ayrılmaq qərarına gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Emil artıq bu barədə klub rəhbərliyi ilə danışıb.
23 yaşlı futbolçunun karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir. Onun xidmətində Misli Premyer Liqasının 2 təmsilçisi maraqlıdır.
Qeyd edək ki, Emil ötən ilin martından əsas millimizdə oynamağa başlayıb.