"Əvvəlcə regionu düzgün tədqiq edib, potensialını müəyyənləşdirmək lazımdır. Həmin bölgələrdə çalışmaq istəyən sahibkarlıq subyektlərini təlimlərə çəlb etmək olar. Digər tərəfdən yerli əhalini çoğrafi şəraitə və onların potensialına uyğun olaraq sahibkarlıq fəaliyyətinə təşviq etmək effekt verər. Kənd turizminin inkişafı və bunun əhali üçün səmərəliliyi ilə bağlı xeyli işlər görmək mümkündür.
Ümumiyyətlə, Azərbaycanda QHT sektorunun potensialını düzgün dəyərləndirib, bu resursları səmərəli şəkildə bir çox sahələrin inkişafına yönəltmək olar. Zəngin təcrübəsi, intellektual potensialı olan QHT sektorunun kadr potensialından yararlanmaq effektli olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31