"Çelsi" klubunun futbolçusu Dariu Essuqu zədələnib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ" matçında komandasına kömək edə bilməyəcək.
Buna səbəb isə gənc ulduz Portuqaliyanın U-21 millisinin heyətində aldığı zədə olub.
Essuqu əməliyyat olunub və 3 yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də Bakıda keçiriləcək.
Tural
Milli.Az