AZ

Media: Şahzadə Harri Kiyevə gəlib

Bakı, 12 sentyabr, AZƏRTAC

Kiyevə səfər edən Böyük Britaniya şahzadəsi Harri burada Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, “Guardian” qəzeti məlumatına görə, səfər çərçivəsində şahzadə Harri və onun təsis etdiyi “Invictus Games” fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasına dəstək məqsədilə həyata keçirilən təşəbbüsləri müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin aprel ayında Kral III Karlın kiçik oğlu da Lvov vilayətindəki hərbi hospitala baş çəkmişdi.

Şahzadə Harri və onun həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl 2020-ci ilin yanvarında Böyük Britaniya krallıq ailəsinin ali üzvləri statusundan könüllü olaraq imtina ediblər. Onlar bundan sonra rəsmi səfərlərdə monarxı təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək, həmçinin “Zati-aliləri” titulundan istifadə hüququnu itiriblər. Cütlük ABŞ-a köçərək Kaliforniya ştatının Santa-Barbara şəhərində məskunlaşıb.

 

 

Seçilən
37
2
azertag.az

3Mənbələr