AZ

Aprel döyüşlərinin iştirakçısı 5 gün komadan sonra dünyasını dəyişdi

LƏNKƏRAN, 12 sentyabr. TELEQRAF

Aprel döyüşlərinin iştirakçısı, qazi Ramin Süleyman oğlu Hümbətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, reanimasiya şöbəsində müalicə alan Ramin Hümbətov 5 gün komada qalıb.

Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ramin Hümbətov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, qazi Ramin Hümbətov 2016-cı ildə dördgünlük Aprel döyüşlərində Lələtəpə yaxınlığında yaralanmışdı.

O, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Lənkəran rayon şöbəsinin fəal üzvlərindən idi.

Allah rəhmət eləsin.

Seçilən
21
teleqraf.com

1Mənbələr