Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.
Moderator.az bu barədə "Türkiye Gazetesi"nə istinadən xəbər verir.
Qeyd olunur ki, Serdar Kılıçı Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.