Bakı. Trend:
Orta dəhlizin inkişafı regional korporativ sektor üçün stratejiimkanlar yaradır,
Trend bu haqda“Moody’s”in son proqnozuna istinadla xəbər verir.
“Qazaxıstan, Azərbaycan və Gürcüstan ticarət və investisiyalarınartımından fayda əldə edir. Dəmir yolları ilə yanaşı,infrastrukturun inkişafı sayəsində logistika, tikinti, energetikavə liman xidmətlərinə tələbat artır. Digər yerli şirkətlər dəyaxşılaşdırılmış regional əlaqələr və logistikanın üstünlüklərindənyararlanacaqlar. İxrac yönümlü sahələr, xüsusilə kənd təsərrüfatıməhsulları, kömür, metal və gübrə istehsalçıları, Çin və Avropabazarlarına daha yaxşı çıxış və möhkəmlənmiş regional ticarətəlaqələrindən faydalanmaq üçün əlverişli mövqedədirlər”, –hesabatda bildirilir.
“Moody’s” qeyd edir ki, regionun milli dəmir yolu şirkətləri –“Қазақстан Темір Жолы” ASC, “Azərbaycan Dəmir Yolları” və“Gürcüstan Dəmir Yolu” – bu transformasiyada mərkəzi rol oynayır vəəsas benefisiarlar hesab olunurlar.
“Onların strateji mövqeyi artan yük axınlarını, o cümlədənyüksək gəlirli tranzit əməliyyatlarını cəlb etməyə və multimodalxidmətləri genişləndirməyə imkan verir. Lakin bu transformasiyanıdəstəkləmək üçün tələb olunan investisiyaların miqyası ciddi kreditçətinlikləri yaradır. Bu operatorların dəmir yolu şəbəkəsinin böyükhissəsi təmir və müasirləşdirmə üçün əhəmiyyətli cari xərclər tələbedir. İnfrastrukturdakı dar boğazlar, köhnəlmiş logistikaobyektləri və parçalanmış gömrük prosedurları tranziti əlavəçətinləşdirir. Hər üç operator keçid qabiliyyətini artırmaq vəxidmət keyfiyyətini yaxşılaşdırmaq üçün genişmiqyaslı investisiyaproqramları həyata keçirir”,- hesabatda vurğulanır.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.