AZ

Danimarka ölkə tarixində ən bahalı silah alışını həyata keçirəcək

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Hökumət hərbçilərin tövsiyələrinə əməl edərsə, Danimarka ölkə tarixindəki ən bahalı silah partiyasını ala bilər.

Oxu.Az xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.

Söhbət Avropa istehsalçılarının səkkiz yerüstü hava hücumundan müdafiə sistemindən gedir. Onların ümumi dəyəri 8.3 milyard dollardır. Danimarka Silahlı Qüvvələri hökumətə iki uzaqmənzilli sistem və altı ortamənzilli sistem almağı təklif edir.

"Əgər siyasətçilər bunu dəstəkləsələr, bu, Danimarka tarixində ən böyük silah alışı olacaq", - deyə hesabatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
oxu.az

1Mənbələr