AZ

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında neft-qaz sektoruna 3 milyard 159,5 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 16,6 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 730,7 milyon manat səviyyəsində olub.

Seçilən
12
1
azertag.az

2Mənbələr