AZ

Elvin Şahverdiyev ETX-nin rəis müavini TƏYİN OLUNDU

Elvin Elmar oğlu Şahverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisinə müavin təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq ETX-dən bildirilib.

Məlumata görə, bu təyinata qədər ETX-nin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun müdiri, eyni zamanda rəis müavininin vəzifəsini müvəqqəti icra edən Elvin Şahverdiyev informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırma və informasiya texnikası" fakültəsini bitirən rəis müavini peşəkar fəaliyyətinə 2009-cu ildə "ADA-Ticarət" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya texnologiyaları şöbəsində başlayıb. 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin idarə edilməsi və təhlükəsizlik departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən isə fəaliyyətini ETX-də davam etdirir.

Seçilən
11
12
ucnoqta.az

10Mənbələr