AZ

8 ayda pensiya ödənişlərinə 416 mln. manat çox olmaqla 4 mlrd. 734 mln. manat vəsait yönəldilib

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (416 mln. manat) çox olmaqla 4 mlrd. 734 mln. manat vəsait yönəldilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-avqust aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 168 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
10
sesqazeti.az

10Mənbələr