AZ

Cəlilabadda “Karvan” marketdə normativ tələblər pozuldu

Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkar Qiyasov Tahir Bayram oğluna məxsus “Karvan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içki aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Seçilən
20
2
teleqraf.com

3Mənbələr