AZ

Elşad Miri: “İslamda sünnət yoxdur”

Sünnət toyu və ya xalq dili desək, kiçik toy məclisi Azərbaycanda və digər müsəlman ölkələrində demək olar ki, bütün dövrlərdə keçirilib. Çoxları buna pul yığma metodu, bəziləri isə göstəriş xatirinə qurulmuş məclis kimi dəyərləndirirlər. İstənilən halda dəbdəbə şərt deyil. Burada əsas məqsəd uşağın sağlam şəkildə əməliyyat olunmasıdır.

Bu günlərdə müğənni Almaxanımın öz əkiz oğullarına sünnət toyu etməsi də gündəmə gəldi. Xüsusilə 40-ı təzə çıxmış, anlaqsız yaşda uşaqlar üçün elə bir dəbdəbəli şənliyin keçirilməsi ictimaiyyət tərəfindən qınaqla qarşılandı. Bildirildi ki, hər nə qədər xalq adəti olsa da, uşaqların bu yaşda məclisini qurmaq düzgün deyil.

Məsələ ilə bağlı müğənninin fikirlərini öyrənməyə çalışsaq da cəhdlərimiz boşa getdi.

Buradan isə başqa sual çıxır: ümumiyyətlə dində sünnət prosedurunu mərasim şəklində təşkil etmək doğrudurmu?

İlahiyyatçılar bildirirlər ki, islamda əsas vacib olan uşağın sağlamlığının qorunmasıdır, toyun böyüklüyü və ya xərci ona ibadət dəyəri qazandırmır.

İlahiyyatçı Elşad Miri isə məsələni lap “kökündən baltaladı”. O, nəinki kiçik toy məclisinin, ümumiyyətlə, islam dinində sünnətin olmadığını deyir:

“İslam dinində sünnət anlayışı yoxdur. İslamın mənbəyi Qurandır, orada isə belə bir şey bildirilməyib. Yəhudi rəvayətlərindən gələn bir məsələ var ki, İbrahim peyğəmbər yaşı yüzü keçəndən sonra ona belə bir tövsiyə gəlir. Bu nəyə lazımdır? O zaman yəhudiliyin qəbul etdiklərini əsas götürək və ona uyğun olaraq yaşayaq.

Uşaqlarımızın bu barədə təsəvvürü və ixtiyarı olmadan, onların razılığını almadan barələrində belə bir qərar veririk. Bizim buna hüququmuz varmı? Təbii ki xeyr! Sadəcə əgər tibbi göstəriş varsa, uşaqda problem yaradırsa, cərrahi yolla həll edilməlidir”./bizim.media

Seçilən
9
3
turkustan.az

4Mənbələr