AZ

Moskvada Rusiya vətəndaşı dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb – ÖZƏL

Moskva şəhərinin Klimovsk vilayətində Rusiya vətəndaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-in açıqlamasına görə, saxlanılan şəxs 2024-cü ilin yanvarından 2025-ci ilin aprel ayına qədər Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsi üçün istifadə olunan hesablara pul köçürüb. O, həmçinin Ukraynaya gedərək Rusiyaya qarşı döyüşmək və digərlərini də bu məqsədlə cəlb etmək niyyətində olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) üzrə cinayət işi açılıb. Şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr