BAKI, 12 sentyabr. TELEQRAF
Ermənistanın Sünik bölgəsində "Tramp marşrutu"nda(Zəngəzur dəhlizi)gömrük nəzarəti tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan parlamentdə bildirib.
O qeyd edib ki, detallar hələ müzakirə olunur:
"Qonşu ölkələr üçün gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində islahatlar artıq başlayıb".